Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    “Jurnalistlərin hamısının xətri mənə çox əzizdir. Amma bəzi mövzular var ki, ondan çox danışırlar. Firəngiz xanıma həmişə atamla aralarında nəsə olub-olmaması ilə bağlı sual ünvanlayırlar. İnsan bəzən elə dostluq yaşaya bilər ki.. Dost kimi də insan-insana bağlı ola bilər. Bu o demək deyil ki, mənim atamla Firəngiz xanımın arasında nəsə olub. Bu sual ümumiyyətlə məntiqsizdir”.
 
                                            
                                            
                                            
                                            
Bunu Moderator.az-a açıqlamasında mərhum sənətkar Yaşar Nurinin qızı Ülkər Yaşarqızı deyib.
 
O daha sonra əlavə edib:
 
“Atam Firəngiz xanımı çox istəyib. Biz də onu istəmişik. Firəngiz xanım da mənim atamı istəyib. Onların arasında böyük dostluq bağı olub. Mənə də həmişə bu mövzu haqda sual ünvanlayırlar. Əgər atam Firəngiz xanımı sevibsə bu onun şəxsi işidir. Onun qəlbində nələr yaşadığını ancaq özü deyə bilərdi. Mən onun qəlbinə girib baxa bilməzdim ki... Amma bir insan olaraq hər zaman Firəngiz xanımdan ürək dolusu danışıb. Atam Firəngiz xanımla tanış olanda artıq ailəli idi. Burada başqa söhbət ola bilməzdi. Bu sualı verməklə Firəngiz xanımın qəlbini qırıb, atamın ruhunu incidirlər. Firəngiz xanım onsuz da onların cavabını layiqincə verir. Firəngiz xanım bizim başımızın tacıdır. İndinin özündə də onu çox sevirik”.
 
Müğənni daha sonra açıq-saçıq geyindiyinə görə hər dəfə onu tənqid edənlərdən danışıb:
 
“Məni tanıyan tanıyır, bilən bilər. Nə qədər danışsalar da, vursalar da yenə də tanınıram, sevilirəm. Xalqın gözü tərəzidir. Bu kimi mövzularla gündəmə gəlmək istəmirəm. Nəsə qalmaqal etmək istəsələr mənim özümlə etsinlər. Atamın şəkilini mənim şəkilimin yanına qoymaq lazım deyil. Bir dəfə verilişlərdən birində məni geyimimlə bağlı qınadılar. Sonra həmin insanlarla məni yeni bir verilişə qonaq edəndə onlar gəlmədilər. Həmin insanları mənə dedikləri sözlərə görə tamaşaçılar qınamışdı. Ona görə mən həmişə geyinmişəm, geyinirəm, geyinəcəyəm də”.