Sərxan Sərxandan üzücü XƏBƏR - “Əməliyyat olunmuşam, ona görə də çəkim azalıb” - ÖZƏL
1282
09:56, Bu gün

Sərxan Sərxandan üzücü XƏBƏR - “Əməliyyat olunmuşam, ona görə də çəkim azalıb” - ÖZƏL

“Aparıcı Tural Əsədovla birgə bu günlərdə toyda idim. Mən də qonaq idim, söz verdilər, çıxıb səhnədə danışdım da, 3-4 mahnı da oxudum. Tural dedi ki, “bir şəkil çəkdirək, illər əvvəl olan fotomuzla onu kollaj edib paylaşacam”. Dedim çəkək də. Mən də bağırsağımda əməliyyat keçirmişdim. Əməliyyatdan sonra bir az çəki atmışdım. İnsanlar o dəqiqə bildilər ki, Sərxanın nəsə bir xəstəliyi var. Mən bunu heç gizlətmirəm də. Hazırda özümü yaxşı hiss edirəm. Artıq pəhriz dövrü keçib, hər şey yeyirəm. Mənim 73 yaşım var. İnsanlar hər zaman məni cavan, formada görüblər, istəyirlər yenə elə görsünlər. 73 yaşlı kişi daha 30 yaşındakı kimi görünə bilməz ki”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Sərxan Sərxan deyib.
O daha sonra əlavə edib:
 
“Mən müğənniyəm də. Mənimki oxumaqdır, səhnədir. Səsim yerindədir. Düzdür, hazırda aktyor kimi dəvət olunmuram. Amma bu məni üzmür də. Müğənni kimi daha çox çıxmaq istəyirəm. Bir aya Bakıya gələcəm. Ola bilsin ki, dekabr ayında konsert proqramı da verdim. Bilirsiniz ki, mənim Bakıda təntənəli yubileyim keçirildi. Bakı həmişə məni diqqətdə saxlayır”.
 
Sərxan Sərxan əməkdar artist Coşqun Rəhimovun son günlər Çarli Çaplin, Mister Bin, Leu De Fünes haqda açıqladığı qalmaqallı sözlərinə də münasibət bildirib:
 
“Coşqun Rəhimov əslində deyib ki, onlar bir obraz yaradıblar və bütün yaradıcılıqlarını həmin obraz vasitəsilə filmlərdə göstəriblər. Onlar başqalaşmayıblar. Aktyor gərək cürbəcür obrazlarda oynasın, nəsə yaratsın. Coşqun bu barədə deyib. O deməyib ki, Çarli Çaplin, Mister Bin, Leu De Fünes sənətkar deyil. Çarli Çaplini biz bir obrazda görmüşük. Amma yenə də belə şəxslər haqda danışanda diqqətli olmaq lazımdır”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər