İngiltərədə qatarda bıçaqlı hücum: 10 nəfər yaralanıb - FOTO
1535
02 Nov 2025 | 11:02

İngiltərədə qatarda bıçaqlı hücum: 10 nəfər yaralanıb - FOTO

İngiltərədə qatarda soyuq silahdan istifadə edilməklə baş vermiş insident nəticəsində bir neçə nəfər xəsarət alıb.
 
Bu barədə Kembricşir qraflığı polisinin yaydığı məlumatda deyilir.
 
Məlumata görə, böyük bıçaqla silahlanmış kişi qatarda insanlara hücum etməyə başlayıb.
 
Hadisə nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib, onlardan doqquzunun həyatı təhlükəsi var.
 
Qeyd edilir ki, hücumda şübhəli bilinən iki nəfər həbs edilib.
Link kopyalandı!
Son xəbərlər