Bizi sosial şəbəkələrdən izləyin:
Abşeron rayonunda çoxmərtəbəli binadan yıxılaraq həyatını itirən 15 yaşlı yeniyetmə ilə bağlı yeni təfərrüat məlum olub.
Moderator.az bildirir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron" yaşayış kompleksinin 25-ci binasında baş verib.
İlkin məlumatlara əsasən, hadisə vaxtı 2010-cu il təvəllüdlü İlqar Quliyev evdə tək olub. Onun valideynləri həmin vaxt işdə olublar. Valideynləri hadisə barədə sonradan xəbər tutublar.
Faktla bağlı araşdırma aparılır.
15:00
Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.
Hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.
İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.
Nəticədə o, hadisə yerindəcə vəfat edib. /Oxu.az/