Türkiyə məhkəməsi Bosfordakı villanı çar Rusiyası diplomatının varislərinə verdi - FOTO
358
15:57, Bu gün

Türkiyə məhkəməsi Bosfordakı villanı çar Rusiyası diplomatının varislərinə verdi - FOTO

İstanbul məhkəməsi Bosfor boğazı ərazisində bahalı yerdə yerləşən tarixi malikanəyə aid hüquqları onu 1868-ci ildə satın almış çar Rusiyası diplomatının varislərinə verilməsi barədə qərar qəbul edib.
 
Moderator.az bildirir ki, bu barədə "Sabah" qəzeti daşınmaz əmlak obyektinə qarşı 17 illik məhkəmə təhqiqatının nəticələri əsasında xəbər verib.
 
Nəşrin məlumatına görə çar Rusiyası səfirliyinin Nikolay İsveçin ad-soyadlı əməkdaşı bu binanı və sahəsi təqribən 10 hektar olan bitişik ərazini Fransadan olan ailədən satın alıb. Malikanə bir müddət Rusiya diplomatik missiyasının nümayəndəlik binalarından biri kimi də istifadə olunub. Onun hazırkı dəyəri 1.5 milyard dollar məbləğində qiymətləndirilir.
 
Türkiyə Xəzinədarlığı, Vəqflər Baş İdarəsi, Rusiya və diplomatın varisləri iddianın iştirakçıları olublar. Qeyd olunur ki, Türkiyə qurumlarının və Rusiya tərəfinin binaya dair iddiaları mülkiyyət sənədlərinin, fərmanların, diplomatik yazışmaların və beynəlxalq hüquq normalarının təhlili əsasında məhkəmə tərəfindən rədd edilib. Məhkəmə yekunda N.İsveçinin varislərinin xeyrinə qərar verib.
 
Malikanə üzərində hüquqla bağlı problem 1917-ci il Rusiya inqilabından sonra yaranıb. Villa II Nikolayın ölümündən sonra Osmanlı sultanının fərmanı və məhkəmə qərarı ilə Rusiya tərəfinə icarəyə verilsə də, rəsmi olaraq Rusiyaya məxsus kimi qeydiyyata alınmayıb. 1950-ci ildə aparılmış kadastr qiymətləndirilməsi zamanı əmlakın köhnə sahibi Nikolay İsveçin adına qeydiyyata alındığı müəyyən edilib. Sonradan məlum olub ki, İsveçinin Fransada yaşayan varisləri var.
 
Bildirilir ki, malikanə diplomatın üç varisinə keçməlidir.
 
Qeyd edilir ki, Nikolay İsveçin 1815-ci ildə Rusiyada anadan olub və 1903-cü ildə Türkiyədə vəfat edib. Həyat yoldaşı Yelizaveta Aleksandrovna Pestel isə 1877-ci ildə vəfat edib. Bəzi övladlarından heç biri varis qoymayıb, övladlığa götürülmüş oğlu Didye Lekont İsveçin 2005-ci ildə vəfat edib. Məhkəmənin qərarına görə, Didyenin üç övladı bu əmlakın varisləridir.
Link kopyalandı!
Son xəbərlər