Bizi sosial şəbəkələrdən izləyin:
Məşhur aktyor Engin Çağların ölüm səbəbi bəlli olub.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bu gün 85 yaşında dünyasını dəyişən aktyoru dünən İstanbulun Şişli rayonunda yolu keçmək istəyərkən motosiklet vurub.
Çağlar dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aktyorun dəfn mərasimi sabah baş tutacaq.
13:03
Məşhur türkiyəli aktyor Engin Çağlar 85 yaşında dünyasını dəyişib.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağlar türk kinosunun qızıl dövrü sayılan "Yeşilçam"ın unudulmaz aktyorlarından olub. O, "Kadın Değil Baş Belası", "Kınalı Yapıncak", "Feride", "Makber" kimi bir çox məşhur filmdə rol alıb.
Aktyor Türkan Şoray, Hülya Koçyiğit və Fatma Girik kimi əfsanəvi "Yeşilçam" ulduzları ilə bir çox filmdə tərəf müqabili olub. O, 1960-1970-ci illərdə türk kinosunun ən populyar kişi aktyorlarından biri kimi şöhrət qazanıb.