Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin edildi - FOTO
452
13:30, Bu gün

Respublika Kliniki Uroloji Xəstəxanasına direktor təyin edildi - FOTO

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib
 
Moderator.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
 
Bildirilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.
 
Tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
 
P.Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illərdə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
 
Bundan əlavə tibb müəssisəsinə direktor müavini-baş həkim təyinatı da baş tutub.
 
Xəstəxananın direktor müavini-baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub.
 
E.Mustafayev ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.
 
E.Mustafayev 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. O, 2007-ci ildə Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsini alıb.
 
Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər