“Atam Sabiri 4 yaşına kimi görüb, onu bacısı böyüdüb” - Mirzə Ələkbər Sabirin nəvəsindən AÇIQLAMA + ÖZƏL
1357
09:50, Bu gün

“Atam Sabiri 4 yaşına kimi görüb, onu bacısı böyüdüb” - Mirzə Ələkbər Sabirin nəvəsindən AÇIQLAMA + ÖZƏL

“Mirzə Ələkbər Sabirin 10 övladı olub və onlar uşaq yaşında dünyadan köçüblər. Yetkinlik yaşından sonranı cəmi üç övladı görüb. Bir böyük qızı Məşədi Səkinə, bir onun dərd, fikir ortağı, şeirlərinin ilk oxucusu Məşədi Səriyyə Soltan, bir də son övladı-mənim atam Məmmədsəlim müəllim. Atam atasını cəmi 4 yaşına qədər görüb, sonra Sabir dünyasını dəyişib. Atam ailəsinə, atasına, anasına, ümumiyyətlə ailə bağlarına çox sadiqlik göstərən biri idi. Çox erkən ata-anasını itirdiyinə görə onu bacısı Səriyyə Soltan böyütmüşdü. Məndə atamın arxivi qalıb. O arxivdə bacısının rəhmətə getdiyi günün təqvimindən kağızını qopardıb, onun ölüm saatını və dəqiqəsini ora qeyd edib. Bu sevginin ifadəsi idi. Bundan başqa bir şey deyil”.
Bunu Moderator.az-a açıqlamasında Mirzə Ələkbər Sabirin nəvəsi, fondunun təsisçisi, biologiya üzrə fəlsəfə doktoru Sevda Tahirli deyib:
 
“Mirzə Ələkbər Sabirin orta məktəblərdə təbliğatı daha çox olmuş olsaydı arzuolunan olardı. Niyə? Çünki Sabirin əsərləri milli ruhumuzun daha da cilalanmasına çağırış idi. Demək olar ki, bütün əsərləri. İstəyir uşaq şeirləri olsun, istəyirsə də digər səpkidə olan şeirləri olsun. Bu təbliğatın bugünki gündə bir az azaldığını hiss edirəm. Orta nəsil Sabirin əsərlərini əzbər bildiyi halda, gənc nəsil əvvəlkilər qədər bilmir. Təbliğatda hardasa bir az boşluq var”, - deyə Sevda Tahirli bildirib.
Link kopyalandı!
Son xəbərlər