Sumqayıtda
660
15:42, Bu gün

Sumqayıtda "Land Rover" parklanmış üç maşını vurub aşdı - FOTO

Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı dörd avtomobil toqquşub.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.
 
Məlumata görə, hərəkətdə olan "Land Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Changan", VAZ-2106 və "Hyundai" markalı avtomobillərə çırpılıb.
 
Zərbənin təsirindən "Land Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.
 
Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.
Link kopyalandı!
Son xəbərlər