Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı rus dilində çap olundu
382
15:33, Bu gün

Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı rus dilində çap olundu

Azərbaycan xalq şairi Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı “Azərnəşr” nəşriyyatı tərəfindən rus dilində çap olunub. Göy Tanrı inancı və bu inancın kahinlərinin yaratdığı törə, yəni qanun və mənəvi qaydalar-əsərin əsas ideya xəttini təşkil edir.

Tarixən dünyaya ya ərəb-İran, ya da Avropa prizmasından baxan bir çox qələm və fikir adamlarından fərqli olaraq, Sabir Rüstəmxanlı “Göy Tanrı”da hadisələrə öz xalqının baxış bucağından yanaşır, türkün itirilmiş yaddaşını bərpa etməyə çalışır.

Əsərdə türk qövmünün mənşəyi ilə bağlı müəllifin çox maraqlı mülahizələri yer alır. O, qədim sivilizasiyalar haqqında ezoterik bilgilərdən bəhrələnərək, türklərin göy mənşəli, çox qədim bir sivilizasiyanın varisləri olduğunu iddia edir. Bu, sadəcə müəllifin təxəyyül məhsulu deyil, əsərdə bu fikirlər “Ulu xan Ata bitikçi” adlı kitabı Oğuz xana şərh edən Ata Qamın dili ilə ifadə olunur.

Müəllifin təqdimatında söhbət ezoterik ədəbiyyatda “Atlantida” və “Lemuriya” kimi tanınan, lakin məhv olmuş qədim sivilizasiyalardan gedir. Ata Qamın dilindən bu sivilizasiyalarla türk qövmü arasında mənəvi və tarixi bağlar qurulması inanılası və elmi-fəlsəfi əsaslarla təqdim olunur.

Beləliklə, “Göy Tanrı” romanı yalnız bir ədəbi əsər deyil, həm də türkün mənəvi köklərinə, ilkin dünyagörüşünə və yaddaşına poetik-fəlsəfi dönüş cəhdi kimi dəyərləndirilə bilər.

Link kopyalandı!
Son xəbərlər