Uralda azərbaycanəsilli biznesmen ölü tapıldı - FOTO
773
13:35, Bu gün

Uralda azərbaycanəsilli biznesmen ölü tapıldı - FOTO

Rusiyanın Ural bölgəsinin Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanəsilli sahibkar İlqar Xanadanovun meyiti tapılıb.
 
Moderator.az e1.ru-ya istinadla xəbər verir ki, 49 yaşlı sahibkar oktyabrın 24-də Zareçnidə itkin düşüb.
 
Beşgünlük axtarışlardan sonra ailə üzvlərinə onun cəsədinin "Mercedes" markalı maşınından tapıldığı bildirilib.
 
İlqar Xanadanovun həyat yoldaşı Tatyana Xanadanova deyib:
 
"Oktyabrın 29-da yoldaşımı ölü halda tapdılar. Dünən müstəntiqlər gecəyədək işlədilər, ona görə də hadisənin təfərrüatını ancaq bu gün biləcəyik. Amma artıq təsdiqlənib ki, bu qətldir, araşdırma aparılır".
Link kopyalandı!
Son xəbərlər