
İslam Rzayev
1997–2003-cü illərdə “Dəniz Neft və Qazçıxarma” İstehsalat Birliyində şöbə rəisinin müavini olub. 2003–2005-ci illərdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadiyyat və təchizat üzrə direktor müavini kimi fəaliyyət göstərib.
2005-ci ildə SOCAR-ın vitse-prezidenti təyin olunub və bu vəzifədə 16 il – 2021-ci ilə qədər çalışıb. Bununla yanaşı, “Neftçi” İdman Klubunun idarə heyətinə rəhbərlik edib, Cüdo Federasiyasının vitse-prezidenti olub və uzun illər ərzində SOCAR-ın maliyyə və investisiya xəttinə birbaşa nəzarət edən şəxs kimi çıxış edib. Uzun illər həyata keçirdiyi talan və mənimsəmə prosesi nəticəsində milyardlarla manatla ölçülən sərvətə malikdir.
Hal-hazırda Mikayıl İsmayılov “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir. O, həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. (Hakim Yeni Azərbaycan Partiyası öz sıralarını Mehdiyev klanından təmizləməlidir).
İsmayılov-Rzayev əlaqəsi və Mehdiyev klanı
Mənbələr bildirir ki, Mikayıl İsmayılov uzun illər Ramiz Mehdiyevin ən yaxın dairəsinə daxil olan məmurlardan biri olub. SOCAR-da və dövlət strukturunda topladığı nəhəng maliyyə imkanları vasitəsilə Mehdiyev klanına lojistik və maliyyə dəstək göstərib.
İslam Rzayevin Balakənə icra başçısı təyin olunması da məhz bu “klan təqdimatı” mexanizminin nəticəsi olub. Deyilənlərə görə, təyinatdan öncə Mikayıl İsmayılov Mehdiyevlə görüşərək Rzayevin etibarlı şəxs olduğunu, “həm idarəçi, həm də ailədən biri kimi” inam qazandığını bildirib. Bunun ardınca Mehdiyevin təqdimatı ilə Rzayev 2011-ci ilin mayında vəzifəyə təyin edilib.
İndi isə bu əlaqələr Mehdiyev şəbəkəsinin tam ifşasına gətirib çıxarıb.
Mənbələrə görə, İsmayılov təkcə Rzayevin deyil, Mehdiyev klanına mənsub digər məmurların da vəzifəyə gətirilməsində rol oynayıb. O, uzun illər ərzində SOCAR vasitəsilə əldə etdiyi nəhəng maliyyə resurslarını bu inzibati şəbəkənin qorunması üçün istifadə edib.
Klanın çöküş prosesi başlayıb
Hüquq-mühafizə orqanlarının son əməliyyatları Ramiz Mehdiyevin təsir dairəsindəki şəxslərin kənarlaşdırılması və dövlət strukturlarında gizli idarəetmə sisteminin dağıdılması məqsədi daşıyır. Analitiklər hesab edirlər ki, İslam Rzayevin həbsi və Mikayıl İsmayılovun adı bu prosesdə həlledici mərhələni açır.
Bu proses artıq yalnız Mehdiyev klanının deyil, onun iqtisadi dayaqlarını formalaşdıran şəxslərin də hədəfə alındığını göstərir.
Musavat.com xəbər verir ki, qarşıdakı günlərdə bu əlaqələrin daha geniş dairəsinin ifşası və yeni həbslərin baş verəcəyi gözlənilir.