Gədəbəydə quyuya düşən şəxs xilas edildi - FOTO
235
08:50, Bu gün

Gədəbəydə quyuya düşən şəxs xilas edildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Slavyanka kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Nazirlikdən Moderator.az-a verilən məlumatla görə, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Hüseynov Mehbalı həyətyanı sahədə 3 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
 
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Link kopyalandı!
Son xəbərlər