“Atam Sabirabaddan, anam Tovuzdandır” - Hamı onu əcnəbi hesab edir
314
15:22, Bu gün

“Atam Sabirabaddan, anam Tovuzdandır” - Hamı onu əcnəbi hesab edir

“Turan Tovuz” Azərbaycan Kubokunun II təsnifat mərhələsində “Dinamo”nu 5:0 hesabı ilə məğlub edərək adını 1/8 finala yazdırdı. Sözügedən qarşılaşma 19 yaşlı Vüqar Bağırov üçün əlamətdar oldu.
 
Moderator.azxəbər verir ki, Tovuz təmsilçisinin forması ilə ilk rəsmi matçına çıxan futbolçu Teleqraf-ın suallarını cavablandırıb:
 
– Bir çoxları sizin əcnəbi olduğunuzu düşünür...
 
– Xeyr. Atam sabirabadlı, anam isə tovuzludur. Qaradərili olmağım ailədən gəlir. Atam tərəfdən babam və əmim qaradərilidir, bu sırf genetik xüsusiyyətdir.
 
 
– “Turan Tovuz”un əsas komandasında rəsmi debütünüzü necə şərh edərdiniz?
 
– Təbii ki, çox sevincliyəm. Mənə bu şansı verdiyi üçün baş məşqçimiz Kurban Berdiyevə təşəkkürümü bildirirəm. Premyer Liqa matçlarında da şans qazanmaq üçün öz üzərimdə çox çalışıram. İnanıram ki, baş məşqçimiz çempionat matçlarında da mənə şans veriləcək. Mən də şans veriləcəyi təqdirdə komandama fayda verməyə çalışacağam.
 
– Futbola “Qarabağ”da başlamısınız. Əsas komandaya yüksələ bilməməyinizin səbəbi nə oldu? Qurban Qurbanov sizi görmüşdümü, hər hansı dialoqunuz olubmu?
 
– “Qarabağ” mənim peşəkar futbola ilk addım atdığım klub olub. Hazırda “Turan Tovuz”da çıxış edirəm və klubumdan məmnunam. Qurban Qurbanovla isə şəxsi dialoqum olmayıb.
 
 
– Futbolda kumiriniz kimdir?
 
– Kumirim “Barselona”nın futbolçusu Alejandro Baldedir. Onun performansını çox bəyənirəm.
 
– Gələcək hədəfləriniz nələrdir?
 
– Hədəflərim Azərbaycanda seçilən futbolçulardan biri olmaqdır. Milli komandada çıxış etməyi isə hər bir futbolçu arzulayır. Əlbəttə, gələcəkdə Çempionlar Liqasında oynayıb qol vurmaq da əsas arzularımdandır. Amma hər şeyi zaman göstərəcək.
Link kopyalandı!
Son xəbərlər