Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Oman xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi ilə təkbətək görüşü başa çatıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, daha sonra nümayəndələr arasında geniş tərkibli görüş keçirilib.
Tərəflər iqtisadiyyat, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər.
Görüşdə həmçinin Masqatda Azərbaycan səfirliyinin rəsmi açılışının iki ölkə arasında münasibətlərin inkişafı üçün mühüm addım olduğu qeyd olunub.
Tərəflər Azərbaycan və Oman arasında BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davamlı və səmərəli əməkdaşlığı yüksək qiymətləndiriblər.
Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək yüksək səviyyəli tədbirlər, İƏT Zirvə Toplantısı və Dünya Şəhər Forumu kontekstində yaxın əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.
14:04
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Bədr ibn Həməd ibn Hammud Əl Busəidi arasında təkbətək görüş keçirilir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.