Mahir Emrelinin o paylaşımı “layk” etməsi etirazla qarşılandı - FOTO
1143
29 Oct 2025 | 11:55

Mahir Emrelinin o paylaşımı “layk” etməsi etirazla qarşılandı - FOTO

Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən Mahir Emreli yenidən gündəmə gəlib.
 
Moderator.az “Bild” nəşrinə istinadən xəbər verir ki, buna Azərbaycan millisinin hücumçusunun sosial şəbəkədəki hərəkəti səbəb olub.
 
Belə ki, Emreli “Nürnberq”dən keçmiş komanda yoldaşı Robin Knoxenin “Kayzerslautern”in qapısına vurduğu qolu “Instagram” hesabında paylaşıb, Mahir isə bunu bəyənib.
 
Rəqib futbolçunun Enmrelinin hazırkı komandasına vurduğu qolu “layk” etməsi birmənalı qarşılanmayıb və etiraza səbəb olub.
 
Narazılığln əsas səbəbi isə həmin qolun “Kayzerslautern”i qələbədən (1:1) məhrum etməsidir. Almaniya mediası futbolçunun bu addımını hazırkı klubunu qəsdən qıcıqlandırmaq cəhdi kimi dəyərləndirib. Emreli sabiq klubuna qarşı görüşü “qripə bənzər infeksiya” səbəbindən buraxmışdı.
 
Qeyd edək ki, yay fasiləsində “Nürnberq”dən “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçu bu mövsüm cəmi üç oyuna çıxıb. Onun son matçı avqustda baş tutub. Emreli çərşənbə günü keçiriləcək Almaniya Kubokunun “Fürt”ə qarşı oyununda da iştirak etməyəcək.
Link kopyalandı!
Son xəbərlər