459
28 Oct 2025 | 20:58

"Qarabağ"ın Çempionlar Liqasında pley-offa çıxmaq şansı bəlli oldu

Çempionlar Liqasının Liqa mərhələsində artıq 3 tur geridə qalıb.
 
Təmsilçimiz "Qarabağ" hazırda 6 xalla 13-cüdür.
 
"Football Meets Data" portalı komandaların növbəti mərhələyə çıxmaq şansını hesablayır.
 
Onların hesablamalarına görə "Qarabağ"ın pley-offa qalmaq ehtimalı yüksəkdir. Qurban Qurbanovun yetirmələri 64 faiz şansla 21-ci sıradadır. 
 
Bu, baş versə, Azərbaycan futbolunda yeni tarix yazılacaq.
 
"Qarabağ"ın Çempionlar Liqasında qalan oyunları belədir: "Çelsi" (ev), "Napoli" (səfər), "Ayaks" (ev), "Ayntraxt" (ev), "Liverpul" (səfər). /Offsideplus.az/
Link kopyalandı!
Son xəbərlər