Bizi sosial şəbəkələrdən izləyin:
Gəncə Dövlət Universitetinin baş müəllimi vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının aparıcı baş müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam və pedaqoq Əbülfət Məhərrəmov vəfat edib.
Qeyd edək ki, Əbülfət Məhərrəmov son 32 ili Gəncə Dövlət Universitetinin təsviri incəsənət kafedrasında çalışıb.