Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı - FOTO
228
15:45, Bu gün

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
 
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində oktyabr ayının 24-də ümumi çəkisi 15 kiloqram 705 qram narkotik vasitə (12 kq 460 qram marixuana, 3 kq 245 qram tiryək), oktyabrın 26-da isə ümumi çəkisi 49 kiloqram 60 qram narkotik vasitə (46 kq 45 qram marixuana, 3 kq 15 qram heroin) və 550 ədəd narkotik tərkibli "Metadon M-40" həbi aşkar olunaraq götürülüb.
 
Qeyd edilib ki, faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər