15 ildir gəzə bilmirdi, dizindən 25 daşlaşmış şiş çıxarıldı - FOTO
362
15:05, Bu gün

15 ildir gəzə bilmirdi, dizindən 25 daşlaşmış şiş çıxarıldı - FOTO

Türkiyənin Malatya şəhərində 73 yaşlı Elif Büyükbirerin 15 ildir davam edən diz ağrısının səbəbi aparılan müayinələr nəticəsində ortaya çıxıb.
 
Moderator.az xəbər verir ki, İnönü Universiteti Turgut Özal Tibb Mərkəzində həyata keçirilən uğurlu əməliyyat zamanı Büyükbirerin dizindən 24 ədəd daşlaşmış şiş çıxarılıb. Uzun illər ağrıdan əziyyət çəkən və gəzə bilməyən Elif Büyükbirer çarəni Turgut Özal TibbMərkəzində tapıb. Aparılan ətraflı müayinələrdə xəstənin diz oynağında xəmirləşmiş dərəcədə kalsifikasiya, həm də nadir rast gəlinən “sinovialkondromatoz” adlı xəstəlikdən yaranmış çox sayda daşlaşmış şiş aşkarlanıb. Ortopediya və travmatologiya üzrə mütəxəssis prof. Dr. Reşit Sevimli tərəfindən həyata keçirilən əməliyyatda xəstənin dizindən 24 ədəd daşlaşmış şiş təmizlənib. Həmçinin eyni vaxtda total diz protezi də tətbiq edilib.
Prof. Dr.Sevimli əməliyyatın çox nadir bir hadisə olduğunu qeyd edib: “Elif xanımın dizində həm şiş, həm də kalsifikasiya mövcud idi. Bu iki halın eyni anda baş verməsinə çox nadır hallarda rast gəlinir. Diz oynağından "oynaq daşları"’ adlandırdığımız 24 ədəd kütlə çıxardıq. Daha sonra total diz protezi əməliyyatını da həyata keçirdik. Hazırda xəstəmiz rahat şəkildə gəzə bilir.”
Professor əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşı olduğunu bildirib: “Adətən bu tip hallarda bir və ya iki şiş olur, lakin bu xəstəmizdə tam 24 daşlaşmış kütlə aşkarladıq. Xəstə indi dizini rahat hərəkət etdirə bilir və qısa müddətdə xəstəxanadan çıxarılacaq. Bu tip xoşxassəli şişlərdə belə erkən diaqnoz çox önəmlidir. Elif xanıma diaqnoz bir qədər gec qoyulmuşdu, amma sürətli müdaxilə ilə uğurlu nəticə əldə etdik.”
Elif Büyükbirer əməliyyatdan sonra sevincini jurnalistlərlə paylaşıb: “15 ildir bu ağrını çəkirdim, getdiyim heç bir yerdə diaqnoz qoyulmamışdı. Artıq gəzə bilmirdim. Nəhayət, buraya yönləndirildim, Reşit həkim dərhal diaqnozu qoydu, əməliyyat olundum. İndi çox şükür, rahatam”.
Link kopyalandı!
Son xəbərlər