İranda iki avtobus toqquşdu: 30-a yaxın yaralanan var - FOTO
273
13:36, Bu gün

İranda iki avtobus toqquşdu: 30-a yaxın yaralanan var - FOTO

İranda Tehran əyalətindəki xüsusi yolda iki avtobus toqquşub, 30-a yaxın yaralanan var.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
 
Tehran əyalətinin Təcili Yardım Xidmətinin sözçüsünün məlumatına görə, hadisə yerli vaxtla səhər saat 6:47-də baş verib. Hadisə yerinə 10 təcili yardım avtomobili, bir təcili yardım avtobusu cəlb edilib.
 
Qəza nəticəsində 26 nəfər xəsarət alıb - onlardan birinə yerində tibbi yardım göstərilib, 25 nəfər isə xəstəxanalara aparılıb.

 

Link kopyalandı!
Son xəbərlər