“Zəfər rəqsi” filminin premyerası keçirilib - FOTO
218
13:05, Bu gün

“Zəfər rəqsi” filminin premyerası keçirilib - FOTO

Nizami Kino Mərkəzində “Zəfər rəqsi” qısametrajlı bədii filminin qala-premyerası olub.
 
Moderator.az xəbər verir ki, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilən bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir.
 
Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırdığı ekran işinin rejissoru Gəray Həsəndir.
 
Azər Aydəmir yaradıcılığında ilk dəfə qazi obrazını canlandırdığını və bu filmin yaddaşında xüsusi layihə kimi qalacağını bildirib:
 
“Bu rol həm məsuliyyətli, həm çətin, həm qürurverici rol idi. Filmin qəhrəmanı müharibədən sonra sadəcə rəqs etmək arzusu olan şəxsdir. Amma təəssüf ki, qazimiz döyüşdə ayaqlarından ciddi zədələr alıb və bu arzusunun gerçəkləşməsi mümkünsüz görünür. Filmin sonunda o, bu arzunu gerçəkləşdirir. Arzum budur ki, tamaşaçılar filmi sevsin, paylaşsın, daha çox insanın izləməsinə səbəb olsun”.
 
Qala premyerada “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis üzvləri, Vətən müharibəsi qaziləri, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
 
Qeyd edək ki, “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü ilə ASAN TV tərəfindən istehsal edilən film Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyinə həsr olunub və çəkiliş prosesində YAŞAT Fondu ekspert dəstəyi ilə çıxış edib.
Link kopyalandı!
Son xəbərlər