“Paxıllıqdan toyuma gəlmədilər, gözəlliyimi, İngiltərəyə gəlin köçməyimi gözləri götürmədi” - FOTO + ÖZƏL
1240
10:50, Bu gün

“Paxıllıqdan toyuma gəlmədilər, gözəlliyimi, İngiltərəyə gəlin köçməyimi gözləri götürmədi” - FOTO + ÖZƏL

“Mənim üçün sənət çox dəyərlidir, müqəddəsdir. Çünki bu sənətə görə çox əziyyət çəkmişəm. Mənə bu sənətdə dostluq, daydaylıq, sponsorluq edən olmayıb. Öz zəhmətimlə gəlmişəm, istedadıma görə öz yaşıdlarımdan seçilmişəm. Azərbaycanın hüdudlarından uzaqda da bir neçə layihədə iştirak etmişəm. Bəlkə də ilk aktrisayam ki, xaricdə bu qədər uğur əldə etmişəm”.
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Gülşən Hüseynli deyib.
 
O daha sonra əlavə edib:
“Sənətdən uzaqlaşmağıma heç bir səbəb yoxdur. Çünki həyat yoldaşım mənə və sənətimə, seçimlərimə hörmət edir. Sadəcə olaraq hazırda xaricdə yaşadığıma görə mənə gələn təklifləri qəbul edə bilmirəm. Vətəndən kənardayam. Vətəndə olanda da bəzi təkliflər olub. Məni qane etməyib. Sadəcə olaraq film sahəsində durğunluq olduğu üçün yeni layihələr çəkilmir, çox az sayda seriallar çəkilir, film demək olar ki, çəkilmir. Çəkilən filmlərdə də büdcə yoxdur. Aktyor-aktrisa pul qazanmalıdır ki, ailəsinə baxsın. Amma bu sahədə pul deyilən bir şey yoxdur. Vəziyyət çox acınacaqlıdır. Heç kim də pulsuz çəkilmək istəmir. Niyə də çəkilməlidir? Bu iş onlarındır, bundan pul qazanırlar. Normal təklif gəlsə, yüksək məbləğdə qonorarı olsa qəbul edərəm. Hazırda çox bərbad bir vəziyyət yaranıb. Düşünürəm ki, bu vəziyyət çox getməyəcək. 17 yaşımdan etibarən mən öz zəhmətimlə pul qazanıram. Neçə illər fasiləsiz işləyirdim. Ailə həyatı qurandan sonra düşündüm ki, mənə də istirahət lazımdır. Hazırda bütün diqqətimi ailəmə, yoldaşıma ayırmışam. O məni çox sevir, fikirlərimə hörmətlə yanaşır. Onun üçün mənim işləyib-işləməməyim önəmli deyil. Ürəyimcə olan bir layihə olsa çəkiləcəm. Mən Edinburqda yaşayıram. Burada sənətə, film sahəsində böyük önəm verirlər. Görünüşüm avropasayağıdır. Bu görünüşlə mən hər bir ölkədə filmə çəkilə bilərəm. İnglis dilini daha səlis öyrənəndən sonra filmlərdə rahat çəkiləcəm. Bu çox qısa zamanda olacaq. Çünki qarşıma qoyduğum məqsədləri qısa zamanda həyata keçirən biriyəm”.
 
Gülşən bildirib ki, həmkarları hər zaman ona paxıllıq ediblər:
“Paxıllıq bəşəriyyət yaranan günündən var. Biri var yaxşı mənada paxıllıq, biri də var ki, o insanın yerində olmaq, onun yaşadıqlarını yaşamaq paxıllığı. Bu çox pisdir. Sənət aləmində zatən paxıllığımı çəkən çox insan var. Onların sayı-hesabı yoxdur. Bir misal çəkim. Mənim toyumda sevilən sənətkarlarımız iştirak etdi. Hamısı  mənə hörmət edib gəlmişdilər. Mən böyük-kiçik yeri bilən insanam. Amma öz yaşıdlarımdan bəhanə edərək toya gəlməyənlər oldu. Səbəbi də paxıllıqdır. Çünki düşündülər ki, Gülşən ailə həyatı qurdu, İngiltərəyə gəlin köçür. Onlar mənim sənətimə paxıllıq edirdilər. Həm gözəlliyimi, həm ağlımı, həm istedadımı qısnqanırdılar, indi də ailə həyatımı qısqanırlar. O insanlar heç nəyə nail ola  bilməyəcəklər. Çünki boş-boş işlərlə məşğuldurlar. Demək olar ki, bu sahədən uzaqlaşmışam, sənət aləmində dostum yoxdur. 1-2 nəfər ola bilər. Onların dostluqları mənə səmimi gəlmir. İnsanın dostu onun ailəsidir. Mən açıqsözlülüyümlə tanınmışam. Yanımda bir-birinin arxasınca danışırlar, üz-üzə gələndə öpüşüb görüşürlər. Bilirəm ki, mənim də arxamca danışırlar. Ona görə də hamısından uzağam” deyə aktrisa bildirib.
Link kopyalandı!
Son xəbərlər