“Heç vaxt siyasətlə məşğul olmamışam, ona görə də…” - sabiq nazir Həsən Həsənov - FOTO+ÖZƏL
1195
14:53, Bu gün

“Heç vaxt siyasətlə məşğul olmamışam, ona görə də…” - sabiq nazir Həsən Həsənov - FOTO+ÖZƏL

Sabiq Baş nazir və Xarici işlər naziri Həsən Həsənov bugünki fəaliyyətindən danışıb.
 
Moderator.az-a açıqlama verən keçmiş nazir bildirib ki, özünü heç vaxt siyasi xadim saymayıb:
“Ömrüm boyu da siyasi xadim kimi siyasətlə məşğul olmamışam. Niyə? Sovet dövründə mən partiyada fəaliyyət göstərmişəm. O partiya konstitutsiyaya əsasən hakim dövlət orqanı idi. Yəni o dövrdə partiya çərçivəsində fəaliyyət göstərmək heç də siyasətlə məşğul olmaq demək deyildi. Dövlətçiliklə məşğul olmaq demək idi. Müstəqillik dövründə də heç bir partiyaya daxil olmamışam. Cənab prezidentimiz məni Türk Dövlətləri Təşkilatının nəzdində Ağsaqqallar şurasına Azərbaycan adından üzv təyin edib. Rəsmi, dövlət tərəfindən tənzimlənən fəaliyyətim budur. Fərdi isə elmlə məşğulam. Özü də Azərbaycanın tarixi haqda. Əvvəllər 20-21-ci əsr Azərbaycan tarixi ilə məşğul olurdumsa, indi daha çox qədim dövrlə məşğulam” deyə o bildirib.
Link kopyalandı!
Son xəbərlər