Fəzail Ağamalı ilə oğlu “qırğına” çıxdı – Partiyanın qurultayında nə baş verir? - YENİLƏNİB
940
14:46, Bu gün

Fəzail Ağamalı ilə oğlu “qırğına” çıxdı – Partiyanın qurultayında nə baş verir? - YENİLƏNİB

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı oğlu il əarasında olan mübahisəyə aydınlıq gətirib.
 
Moderator.az xəbər verir ki, bu barədə keçmiş deputat APA-ya açıqlamasında bildirib.
 
Fəzail Ağamalı agentliyə açıqlamasında deyib ki, oğlu Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
 
14:16
 
“Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi”.
 
Moderator.az xəbər verir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib.
 
 
O, atasının dolayı yolla ona mane olduğunu bildirib:
 
“Atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər”.
 
Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib:
 
“Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib-istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. Yüzdən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir”.
Link kopyalandı!
Son xəbərlər