1570
24 Oct 2025 | 15:30

"Eternity-2025" təliminin "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyə Respublikasının Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksəksəviyyəli qonaqlar iştirak ediblər.
 
Yüksəksəviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
 
Üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.
 
Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.
Link kopyalandı!
Son xəbərlər