Biləsuvarda heyvan bazarında nöqsanlar aşkarlandı - FOTOLAR
313
15:00, Bu gün

Biləsuvarda heyvan bazarında nöqsanlar aşkarlandı - FOTOLAR

Biləsuvarda yerləşən heyvan bazarında nöqsanlar aşkarlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 
Bildirilib ki, Agentlik və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb.
 
"Nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bazarda dezobaryerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib.
 
Epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq. Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək", - məlumatda bildirilib.
Link kopyalandı!
Son xəbərlər