Ermənistanda kilsə çevrilişi: Paşinyana qarşı son həmləyə başladılar - MÜSAHİBƏ
404
14:27, Bu gün

Ermənistanda kilsə çevrilişi: Paşinyana qarşı son həmləyə başladılar - MÜSAHİBƏ

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Rasim müəllim, Ermənistanda kilsə ilə hakimiyyət arasında münasibətlər hər ötən gün gərginləşir. Artıq bir sıra din xadimləri bu motivlə həbs edilib. Kilsə-iqtidar probleminin arxasında nə dayanır?
 
- Ermənistanda son zamanlar kilsənin fəallaşmasının arxasında başqa amillər dayanır. Kilsənin Moskvadan aldığı tapşırıqlar fonunda hərəkət etdiyi açıq görünür. Çünki erməni kilsəsi keçmiş sovet dövründə SSRİ-nin dövlət təhlükəsizlik orqanına bağlı qurum idi. İndi də demək olar ki, onların ağası Kremldədir. Onlara verilən tapşırıq da odur ki, Nikol Paşinyanı yıxmaq üçün hərəkətə keçsinlər. Bununla da bilavasitə siyasətə qoşulublar. Faktiki olaraq, kilsə Ermənistan cəmiyyətində ən pis reputasiyaya məxsusdur. Onların korrupsiyada və digər əməllərdə iştirakları mövcuddur.
 
 
- Kilsənin aktiv siyasi proseslərdə əsas iddiası nə ilə bağlıdır?
 
- Ermənistanda Nikol Paşinyana qarşı çıxan siyasi qüvvələr ciddi nüfuza malik deyil. Baş nazirin əsas rəqibləri hesab edilən sabiq prezidentlər və hərbi canilər olan Robert Köçəryan və Serj Sarkisyan olduqca zəif elektorata malikdir. Ona görə də Kreml Paşinyana qarşı iş adamı Samvel Karapetyanı Ermənistana göndərmişdi. Öz növbəsində baş nazir bu mübarizədən geri çəkilmir, rəqiblərini bir-bir sıradan çıxarır. Karapetyanın da həbsi məhz bu amillərlə bağlı idi.
 
 
- Gələn il Ermənistanın taleyi üçün həlledici təqvim kimi dəyərləndirilir. Kilsənin və revanşistlərin təxribata əl atmaq imkanlarını necə dəyərləndirirsiniz?
 
- Proseslər göstərdi ki, kilsənin erməni cəmiyyətində indi elə də ciddi təsir imkanları qalmayıb. Onlar müəyyən bir gərginlik yaratmağa çalışsalar da, bu yetərli olmadı. Çünki Paşinyanı devirmək üçün onlar kifayət qədər resurs toplaya bilmədilər. Kilsə erməni cəmiyyəti üçün vacib olsa da, rəhbərlik edənlərin siyasi oyunlarda iştirakı onların reputasiyasını zədələyib. Çünki kilsəyə rəhbərlik edən keşişlər özlərini nümunəvi aparmaq əvəzinə, Ermənistanda özlərini mafiya başçıları kimi aparırlar.
Link kopyalandı!
Son xəbərlər