Yol bağlandı, uşaq maşında doğuldu və öldü... - Xaçmazda FACİƏ
383
14:08, Bu gün

Yol bağlandı, uşaq maşında doğuldu və öldü... - Xaçmazda FACİƏ

Xaçmazda avtomobildə doğulan körpə ölüb.
 
Moderator.az-ın məlumatına görə, 40 yaşlı qadın doğum üçün "VAZ-21010" markalı avtomobillə rayon mərkəzi xəstəxanasına aparılıb. Lakin xəstəxanaya getmək üçün keçilməli olan dəmiryolu xətti təmir üçün bağlı olub. Bu səbəbdən tibb müəssisəsinə getmək mümkün olmayıb.
 
Nəticədə qadın avtomobildə doğum etməyə məcbur qalıb. Ana və körpə birtəhər xəstəxanaya çatdırılsa da, təəssüf ki, yeni doğlan körpə ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər