Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin əvvəlindən oktyabrın 22-dək olan dövr ərzində Azərbaycanda 4652 heyvan kəsimi və ət satışı mağazasında monitorinq keçirilib.
Bu barədə Moderator.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı 698 heyvan kəsimi və ət satışı mağazası ilə bağlı inzibati tədbir görülüb, 65-də isə qanunsuz heyvan kəsimi ilə əlaqədar quraşdırılmış qurğular (11-i təkrar quraşdırılmış qurğulardır) sökülüb.
Bundan başqa, 1244 halda ətlərin soyuducuda (453-də soyuducu yoxdur) saxlanılmadığı, 1277 halda isə ətlərin baytarlıq sənədi olmadan satışının həyata keçirildiyi müəyyən edilib. Bununla bağlı da icrası məcburi göstərişlər verilib.