Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı həbs edildi - FOTO
286
15:56, Bu gün

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı həbs edildi - FOTO

Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ çox ciddi ittihamla üzləşib.
 
Moderator.az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
 
Melisa Dilara Tatlıtuğun keçmiş ərinin yeni sevgilisinə qarşı zorakılıq tətbiq etdiyi, haqqında məhkəmə prosesinin başlandığı və həbsxanaya göndərildiyi iddia edilir. Onun qadına qarşı zorakılıq ittihamı ilə həbs olunduğu bildirilir.
 
Ailə mənbələrindən əldə edilən məlumata görə, Hendek həbsxanasında bir müddət qalan Melisa daha sonra sərbəst buraxılıb.
 
Tatlıtuğ ailəsindən hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Link kopyalandı!
Son xəbərlər