Əməkdar artistin SON VƏZİYYƏTİ:
260
13:13, Bu gün

Əməkdar artistin SON VƏZİYYƏTİ: "Əl-qolunu tərpətsə də, əzələləri o gücdə deyil"

"Atamın vəziyyəti stabilləşib, yavaş-yavaş normala qayıtmaq istəyir".
 
Moderrator.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
 
O qeyd edib ki, Y.Muradovun müalicəsi hazırda reanimasiya şəraitində davam edir.
 
"Qızdırması artıq az-az olur. Hərdən olur 37-ə qalxır, sonra yenə düşür. Antibiotiklərini dəyişiblər, çünki bədənində hələ də infeksiya var. Bu vəziyyətdən çıxandan sonra növbəti mərhələdə əməliyyat olunmalıdır. Bu isə bədəndən güc tələb edir. Hazırda təbii qida ilə qidalanmadığı üçün onda o güc yoxdur. Qida əvəzi əsasən sistem qəbul edir. Əlini-qolunu tərpətsə də, əzələləri o gücdə deyil. Hətta əlinə qələm götürüb nəsə yazacaq taqəti də yoxdur. Son iki-üç gündə həkimlər yoğurt verməyə başlayıblar. Ümid edirik ki, yaxşı olacaq və növbəti ən çətin mərhələni də keçəcək. Qırtlağından əməliyyat olunmalı və boğazı təmizlənməlidir", -deyə Y.Muradov bildirib.
 
Xatırladaq ki, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist oktyabrın 4-də Mərkəzi Klinikaya yerləşdirilib.
Link kopyalandı!
Son xəbərlər