Bizi sosial şəbəkələrdən izləyin:
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Gəncə şəhəri, H.Əliyev prospekti, ev 73 ünvanında fəaliyyət göstərən topdansatış mağazasında yoxlama keçirib.
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, mağaza fiziki şəxs Abdullayev Pərviz Təvəkkül oğluna məxsus olub.
Baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan “Organic Росинка” əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb. Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.