Bizi sosial şəbəkələrdən izləyin:
İranın Fars əyalətinin Ərdəkan şəhərində yenidən Rixter cədvəli üzrə 4.7 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Saat 11:32-də meydana gələn təbiət hadisəsi 6 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.
Xatırladaq ki, oktyabrın 19-da İranın Kerman əyalətində 4.3 bal gücündə zəlzələ baş verib.