Sahibə Qafarova Simonyanla nədən danışıb? - FOTOLAR
244
14:18, Bu gün

Sahibə Qafarova Simonyanla nədən danışıb? - FOTOLAR

Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Asambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü keçirilib.
 
Moderator.az bu barədə Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
 
Aparılan müzakirələrdə spikerlər Vaşinqton sammitində əldə olunmuş razılaşmaları və münasibətlərin normallaşması üzrə görülən tədbirləri alqışlayıblar.
 
Spikerlər konstruktiv dialoqun davam etdirilməsinin vacibliyini qeyd edərək, parlamentlər səviyyəsində etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Link kopyalandı!
Son xəbərlər