Sosial şəbəkədə Polşa-İran diplomatik dueli - FOTO
238
12:19, Bu gün

Sosial şəbəkədə Polşa-İran diplomatik dueli - FOTO

"X" platformasında İranın xarici işlər naziri Abbas Əraqçı və onun polşalı həmkarı Radoslav Sikorski arasında maraqlı, lakin gərgin virtual polemika yaşanıb.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, Əraqçı polyak dilində paylaşım edərək Rusiya-Ukrayna müharibəsində işlədilən dronların İrana aid olmadığını bəyan edib.
 
Sikorski isə cavabında istehza ilə yazıb ki, İranın xarici işlər nazirinin polyak dilində yazması, şəksiz, sevindiricidir, ancaq Rusiyaya pilotsuz təyyarələr satmamaq daha yaxşı olardı. O xatırladıb ki, dron istehsalı üçün lisenziyanı Rusiyaya məhz İran verib.
 
Üstəlik, Sikorski əlavə edib ki, Tehran uranın zənginləşdirilməsi və inqilab ixracetmə siyasəti yürütməkdənsə, diqqətini bir zamanlar dünyanı valeh edən İran mədəniyyətinin dirçəldilməsinə yönəltsəydi, bu, onun üçün daha təqdirəlayiq hərəkət olardı.
 
Xarici işlər nazirləri arasında mübahisə İran istehsalı olan "Shahed" pilotsuz uçuş aparatının qalıqlarının Britaniya parlamentində nümayiş etdirildiyi dövrə təsadüf edib. Bu hadisə Qərb dövlətləri ilə İran arasında gərginliyi daha da artırıb.

 

Link kopyalandı!
Son xəbərlər