Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirildi - FOTO
911
21 Oct 2025 | 11:59

Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirildi - FOTO

Astanada Qazaxıstan-Azərbaycan biznes forumu çərçivəsində "İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri" mövzusunda Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası baş tutub.
 
Moderator.az xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
 
İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi razılaşdırılıb, yeni imkanlar müzakirə edilib. Tədbir iştirakçıları Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığının genişlənməsi, Qazaxıstan biznesinin Azərbaycandakı fəaliyyəti və iki ölkə arasında yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar. Tədbirdə Azərbaycan-Qazaxıstan İşgüzar Şurasının biznes dairələri arasında əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb, Şuranın əvvəlki iclasından sonra əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri təqdim olunub.
 
Tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.
Link kopyalandı!
Son xəbərlər