“Köşkümü dərəyə atdılar, mənim kimi əlil insanı incitdilər, banka borclu qaldım” - BŞİH-dən aktyora qarşı ÖZBAŞINALIQ
1480
09:23, Bu gün

“Köşkümü dərəyə atdılar, mənim kimi əlil insanı incitdilər, banka borclu qaldım” - BŞİH-dən aktyora qarşı ÖZBAŞINALIQ

Tanınmış aktyor Riyad Sultanov dələduzluqla qarşılaşıb.
 
Aktyor Moderator.az-a açıqlamasında bildirib ki, hər şey 2022-ci il sentyabr ayının 14-də başlayıb, lakin akyor bu günə qədər susqunluğunu pozmayıb. Bunun da səbəbi var imiş:
“Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova onun dostu vasitəsilə müraciət etdim. Məni 1 ya 2 gün sonra başladılar axtarmağa, zəng vurmağa. Köməkçisi Ayaz İmaməliyev dedi ki, “gəl BŞİH-də yanıma, sənə başçının tapşırığı ilə zəng edirəm”. Getdim, görüşdük… Dedi, ətraflı danış nə istəyirsən? Dedim, özünüz salam verən kimi dediz mənə ki, tanıdınız məni, bəli, mən incəsənət adamıyam. Amma səhhətimdə, tam dəqiq desəm ürəyimdə ciddi problemlər yarandığına görə (məndə iki ürək klapanı işləmir) həkimlər mənə gücə düşmək, həyəcan, yorulmaqdan qəti uzaq olmağı tapşırıblar. Mən də ailə sahibiyəm, yoldaşım evdardır, yəni mən işləməsəm biz acından ölərik. Aldığım pensiya da bizə qış-payız aylarında kommunal ödənişlərə ancaq çatacaq. Yol qırağı olan o yaşıl köşklər bilirəm ki, sizin, yəni İH balansındadır və necə ki, siz onları ona-buna icarəyə verirsiz, birini də mənə verin. Soruşdu “niyə məhz köşk?”. Dedim ki, fiziki gücüm yoxdur hardasa tikintidə daş daşıyım, palçıq qarışdırım. Maşınım və sürücülük vəsiqəm də yoxdur ki, taksi kimi fəaliyyət göstərim. Ofisiant və marketdə satıcı belə işləyə bilmərəm, çünki, boy cəhətdən o kriteriyalara uyğun deyiləm. Amma o köşklərdə hər şey boyuma uyğundur, əlim çatandı. Ayaz İmaməliyev dəhşət fikirə getdi, öz köməkçisinə tapşırdı ki, məni yola salsın. Sağollaşdıq, mənə ürək-dirək verdi, əmin edib, xoş sözlərlə yola saldı. Binadan çıxan kimi köməkçisi mənə bir taksi tutdu, pulunu da ödədi və məni taksi gətirdi bir naməlum məhəlləyə. Sən demə həmin məhəllədə, binanın altında Ticarət və Xidmət deportamenti yerləşir. Kabinetdə birbaşa direktorla görüşdük. Ona dedim necə və nə səbəblə gəldim çıxdım yanına? Adamla danışan zaman bəlli idi ki, bunun üçün həyatda ən önəmli şəxsi maraqlar və maddiyatdır. Məni dinləyəndən sonra dedi ki, “hal hazırda bizdə indi boş, sənə verəsi köşkümüz yoxdur”. Halbuki elə orda da yalan dedi, Əhmədlidə o ərəfələrdə uzun müddət bir dənə bağlı köşk dayanırdı. Deyir, “səni başçı tapşırdığı üçün, biz kimisə yerindən qaldırıb” deyən kimi, dedim-Stop! Mən heç vaxt kiminsə çörəyinə bais olmaram. Amma deyir, “sənə çox gözəl təklifim var. Vəsaitin varsa, sənə ölçüləri deyəcəm, tap bir şirkət, ya adı dəmirçi usta, sifariş ver, day səni bu boyda başçı tapşırıb, sənin üçün köşkü sənədləşdirərik, olacaq şəxsi mülkün və bir şəhərin mərkəzindən başqa, bir də Ağ Şəhərdən başqa, hara barmağını uzadsan, sənə onu orada qoyarıq. Verdi mənə öz nömrəsin, dedi, “nə zaman hazır oldun, mənə zəng vur” deyə aktyor bildirib.
Riyad Sultanov deyir ki, köşkün xərclərini qarşılamaq üçün bankdan pul götürür. Bütün hadisələr də bundan sonra başlayır. Ağlına gəlməyən başına gəlir:
“Mən sentyabr ayından düz mart ayına kimi başladım pul məsələsini həll etməyə. Bir hissəsini pul şəklində ən yaxın dostum kömək elədi və çatmadığı məbləğ 6.400 azn bankdan kredit aldım. Mən pensiyanı həmin bankdan alıram deyə, bu məbləğı mənə verə bildilər. Həmin bu adam, Deportamentin direktoru İntiqam Məmmədov öz sözünə sahib çıxmadı. Köşkün ölçülərini desə də, nə sənəd, heç tualet kağızını belə verməyə boyun qaçırdıb. Məni 3 il doladı barmağında, saldırdı məni şəhərin canına, harda yer tapırdım, şəkil və video çəkib atırdım ona. Bəlkə 30-34 yer, hər dəfə bir mız qoyurdu. Sonda Suraxanıda yol kənarında səhra tapdım, arxası dərə idi. (ora kərpiç zavod adlanır). Ora nə əcəbsə “hə” cəvabını verdilər. Və 2023 ildə dekabr ayının 8-də gətirib köşkü ora yerləşdirdik. Sabahı, yanı dekabr ayının 9-u axşam saatlarında, getdim ora ki, sadəcə köşkümü görüm, gözüm sevinsin, gəldik ora, gördük köşk yerində yoxdur. Ətrafdakılardan soruşanda, dedilər ki, “sizin köşk qoyduğunuz yerin arxasında o dərənin içindədir”. Qaça-qaça gəldim çatdım dərəyə, yuxarıdan gördüm öz köşkümü tamamilə yararsız bir vəziyyətdə. Mən az qala ağlayaraq, zəng vurdum bu İntiqam Məmmədova, başıma gələni danışdım və bildirdim ki, onunla danışıb bitirəndən sonra, dərhal 102 və Prokurorluğa xəbər verəcəm, çünki bu məsələ cinayət xarakteri daşıyır, adı da şəxsi mülkə zərər vurmaqdı. Məndan xahiş etdi ki, eləməyim. Soruşanda ki, “yaxşı bəs mənə dəyən ziyanı kim ödəyəcək?, söz verdi ki, bu gün şənbə günü, sabah bazar günüdür, birinci günə kimi döz, kim onu ora atıb, o da sənə dəyən ziyanı ödəyəcək. Söz verdi amma bir daha da yalançı çıxdı. Mənim tələblərimdən sonra ancaq öz hesablarına kran maşını çağırdılar, yararsız əzilmiş köşkü ordan çıxartdılar və bir az o yerdən aralıqda bir yeni yer verdilər. O yerə də mən traktor çağırdım, 140 manat ödədim ki, zir zibil, ot, daş, qaya taxtanı təmizləsin və yeri düzəltsin. Və bu güya ayırdığı yerə də 3 gündən sonra Emin adlı bir qardaş məni tapır, zəng edir və bildirir ki, yer onundur. Mən yiyəsi olan yerə köşkü qoydum. Artıq mən bu işdə həm tükəndim, həm bezdim, həm yoruldum. Emindən dönə-dönə xahiş etdim ki, qardaş, səni and verirəm Allaha, üstümə gəlmə, məni tələsdirmə ordan onu yığışdırım, amma əmin ol ki, əgər bu yer sənindir və sən orda lap küncün hissəsində belə mənə yer ayırmaq niyyətində deyilsənsə, əmin ol ki, mən o köşkü orada işlətmərəm. Mənə həm maddi, həm mənəvi ziyan vurulub. Təkcə banka hər ay mən 2029 cu ilin 11 ayına kimi 200 manatdan çox kredit ödəməliyəm. Gündəmdə olan Ramiz Mehdiyevin saysız-hesabsız əmlakların oxuyanda, gözüm kəlləmə çıxdı, təkcə Nərimanov rayonunda ona məxsus 30 ədəd ticarət köşkü qeyd olunmuşdu. Ümumi siyahıda təqribən 2 milyardlıq əmlakdan əlavə bu 30 köşkündə sahibi imiş. Ancaq mən anadangəlmə əlil, zəlil, d ilk dəfədir bir köşk istədim, başımı aldadıb, pulumu xərclədilər. Bank borcuna, əl borcuna saldılar və sonda köşkümü atdılar dərənin içinə” deyə aktyor bildirib.
Yazıda adları qeyd olunan vəzifəli şəxslərin və aidiyyatı orqanların açıqlamalarını da yayımlamağa hazırıq. Ümid edirik ki, aktyorun problemi qısa zaman ərzində həllini tapar.
Link kopyalandı!
Son xəbərlər