Bizi sosial şəbəkələrdən izləyin:
İranın su ehtiyatları və ətraf mühit məsələləri üzrə eksperti Möhsün Xansəri bildirib ki, uzun illərdir quruma riski ilə üzləşən Urmiya gölünün bərpası mümkündür.
"Azad İran" "Telegram" kanalı yazır ki, ekspert bunu ISNA agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər iki strateji əhəmiyyətli sənəd icra edilərsə, hər il göl üçün su payı ayırmaq və təxminən 10 il ərzində onu tarazlıq vəziyyətinə qaytarmaq mümkün olacaq.
Həsən Ruhani hökuməti dövründə gölün bərpası üçün 27 tədbirdən ibarət plan təsdiqlənib. Nəzərdə tutulan tədbirlərin hamısı davam etdirilməlidir.
Ekspertin fikrincə, hazırda Urmiyanın təkcə mühəndis yanaşmasına deyil, həm də idarəçiliyə və proqram xarakterli tədbirlərə ehtiyacı var.