Naxçıvanda ayı ilə boğuşan kişi DANIŞDI
465
13:41, Bu gün

Naxçıvanda ayı ilə boğuşan kişi DANIŞDI

"Can şirindir, ayı üstümə düşdü, onunla boğuşdum".
 
Moderator.az xəbər verir ki, bu sözləri Naxçıvanda ayının hücumuna məruz qalan Məzahir Məmmədov deyib.
 
O, bildirib ki, Babək rayonu, Yuxarı Buzqov kəndinə oğlu ilə birlikdə zirinc yığmaq üçün gedib:
 
"Zirinc yığmağa geütmişdik. Gördüm itlər gəlir üstümə. Sən demə, gələn ayı imiş, səs gəldiyini eşitdim, kolluq idi, görmədim. Ancaq qonur rəngdə bir şeyin keçdiyini gördüm. Oğlum məndən təxminən 50 metr aşağıda idi. Dedi ki, sənə tərəf nə isə gəlir. Qabandır, atdır bilmirəm.
 
Ayının olduğu ağlıma gəlmədi. Gördüm ayıdır, çönüb qaçmaq istədim, ayağım daşa ilişdi, yıxıldım. Ayı üstümə düşdü, can şirindi, başladım boğuşmağa (gülür). İstədi oğluma tərəf getsin, sonra nəsə fikirləşdi, çıxıb getdi. Bir neçə yerdən yara almışam, hazırda vəziyyətim yaxşıdır. Ayıları indi kəndin ətrafında çox görmək mümkündür".
 
Qeyd edək ki, Məzahir Məmmədovun müalicəsi hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatalogiya şöbəsində davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər