Bizi sosial şəbəkələrdən izləyin:
AMİP Ali Məclisinin Qurultaydan sonra yeni tərkibdə ilk iclası keçirilib.
Moderator.az xəbər verir ki, Ali Məclis sədrliyinə seçkilərdə Rəşad Bayramov yekdillikdə sədr seçilib.
İclasda həmçinin Ali Məclisin daimi komissiyalarının yaradılması məsələsi müzakirə olunub, elm-təhsil, səhiyyə, iqtisadiyyat, enerji və təbii ehtiyatlar, beynəlxalaq əlaqələr və diasporlarla iş, bələdiyyələrlə iş, sosial müdafiə, insan hüquqları, ictimai-siyasi qurumlarla iş, mədəniyyət və incəsənət, din və idman komissiyalarının yaradılması haqında qərarlar qəbul olunub.
Cari məsələlərin müzakirəsi zamanı son dövlərdə ölkədə iqtisadi və siyasi müstəvidəki təxribatlarla bağlı AMİP sədri Arzuxan Əlizadənin məruzəsi dinlənilib və baş verənlər geniş şəkildə müzakirə olunub.