Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başladı - FOTO
350
11:23, Bu gün

Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başladı - FOTO

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.
 
Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək.
 
Nəsrin Abdullazadə (40 kq) də Avropa çempionatında ilk qarşılaşmasını aktivinə yazıb. Boksçumuz 1/8 finalda Ester Moloşanı (Macarıstan) mübarizədən kənarlaşdırıb - 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29). Abdullazadə 1/4 finalda Esila Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq.
 
Leyla Mahmudlu (50 kq) isə 1/8 finalda Aleksandra Sinaqraya (İtaliya) qalib gəlib. Təmsilçimiz rəqibini 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə məğlub edib. O, ikinici görüşünü Adriana Munos Qinesə (İspaniya) qarşı keçirəcək.
 
Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.
Link kopyalandı!
Son xəbərlər