“O xanımlar mənə sevgi etirafları edib, mən isə Səfurə İbrahimovanı sevirdim, 800 məktubum vardı” - ETİRAF
1990
08:53, Bu gün

“O xanımlar mənə sevgi etirafları edib, mən isə Səfurə İbrahimovanı sevirdim, 800 məktubum vardı” - ETİRAF

“Anam 101 yaşına qədər yaşayıb. Mən də istərdim ki, arzumdur 100 yaşına kimi yaşayım. Əlbəttə ki, bu Allahın işidir. Nə vaxta qədər ömür verər, o da olar. Biz taleyimizi özümüz yazmırıq axı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Tariyel Qasımov deyib.
 
O daha sonra xalq artisti Ənvər Həsənovun məzar daşının hələ də qoyulmamasından danışıb:
 
“Necə olur ki, başqa sənətkarlar dünyasını dəyişən kimi məzar daşı o dəqiqə düzəldilir, indi bu Ənvərin adamı yoxdur deyə məzar daşı qoyulmasın? Belə haqsızlıq olar? Bununla Teatr Xadimləri İttifaqı, Kinoittifaq maraqlanmalıdır. Bilirəm ki, Rasim Balayev müəyyən qədər köməklik edib. Bütün qurumlar səfərbər olmalıdır. Ənvər elə-belə adam deyil axı, xalq artistidir. “Yeddi oğul istərəm” filmindəki Cəlal obrazı elə nəyə desəniz dəyər. Nazirlik özü də bu işə qarışmalıdır. Bu münasibət hər birimizi gözləyə bilər” deyə sənətkar bildirib.
Xalq artisti daha sonra cavanlığında qızlardan aldığı məktublardan danışıb:
 
“800-dən çox məktub almışam. Təəssüf ki, evimi dəyişəndə o məktubları da itirmişəm. Sonra da o məktublar kimə lazım idi axı? Atmışam. Artıq hər şey çox gec idi (gülür). Mənim həmişə gözəl xanımlar tərəf müqabillərim olub. “Liftçi qız” filmində xalq artisti Xuraman Qasımova ilə çəkilmişəm. Filmdən sonra Xuraman xanımla çox yaxın dost olduq. Onun 50 illiyi idi, Kino evində görüş keçirirdilər. Məni də dəvət etmişdi. Dedi ki, gəl şəkil çəkdirək. Biz də yanaşı durduq, bu vaxt Rüstəm İbrahimbəyov bizə baxırdı, Xuraman dedi ki, Rüstəm müəllim, mən Tariyeli sevirdim, amma o məni sevmirdi”. Rüstəm İbrahimbəyov dedi ki, “Tariyel müəllim, mənim sizin zövqünüzə şübhəm var”. Dedim ki, niyə? Dedi ki, “belə qızı sevməmək olar?” Mən də dedim ki, Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də. Xuramanla 5 il öncə tədbirlərdən birində görüşmüşük. Əlbəttə ki, tez-tez görüşmək istərdim. Bundan başqa teatrda Xuraman Hacıyeva ilə tərəf müqabili olmuşam. Bütün sevgi rollarını birlikdə oynayırdıq. Biz hara gedirdiksə elə bilirdilər ki, ər-arvadıq. Bir-birimizə çox yaraşdırırdılar. Hətta bir dəfə Naxçıvanda qastrolda olanda bir qoca qadın gəlib bizə baxıb dedi ki, “ölmüşlər necə də bir-birlərinə yaraşırlar”. Xuraman dedi ki, “ay nənə, biz dostuq, o mənim iş yoldaşımdır”. Sonra verilişlərdən birində Mətanət İsgəndərli dedi ki, “kaş Tariyel kimi ərim olardı”. Mən isə xalq artisti Səfurə İbrahimovanı sevmişəm. Ona evlilik təklifi də edəndə dedi ki, aktrisa olmaq istəyirəm. Ona görə də bizim sevgimiz baş tutmadı. İllər sonra görüşəndə bunu Səfurəyə dedim. O da təsdiqlədi” deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər