Mübariz İbrahimovun atasının vəfatından bir il ötür - FOTO
501
15:50, Bu gün

Mübariz İbrahimovun atasının vəfatından bir il ötür - FOTO

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfat etməsindən 1 il ötür.
 
Moderator.az xəbər verir ki, anım günündə qəhrəmanın atasının məzarı, eləcə də yaşadığı evi ziyarət olunur.
 
Qeyd edək ki, A.İbrahimov bir il öncə infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, A.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. O, Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Link kopyalandı!
Son xəbərlər