Vaqif Cavadov yenidən
304
14:52, Bu gün

Vaqif Cavadov yenidən "Tvente"də - FOTOLAR

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın "Tvente" klubunda təcrübədə olub.
 
Moderator.az xəbər verir ki, mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də "Tvente" akademiyasının məşqlərini izləyib.
 
Cavadov komandanın bir sıra rəsmiləri - komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar, həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla bəzi məsələlərdə fikir mübadiləsi aparıb.
 
Qeyd edək ki, Vaqif Cavadov 2010-2011 mövsümündə "Tvente"də çıxış edib və komanda ilə Niderland çempionu olub.
Link kopyalandı!
Son xəbərlər