Bizi sosial şəbəkələrdən izləyin:
“İşğaldan azad olunmuş ərazilərdə iki mindən çox tarixi abidə, 60-dan çox məscid dağıdılıb. Xristian dövrünə qədər olan abidələrimizin böyük bir qismi salamat qala bilib. Bunun da salamat qalmasının səbəbi ondadır ki, ermənilər onların çoxunda ümumi interyerində, yaxud da daxili, divar yazılarında dəyişdirərək ya o abidələrə erməni monsartı yaxud da erməni kilsəsi kimi adlandıraraq təbliğat ediblər. Bu baxımdan abidələrimizin böyük qisminin salamat qalmasının səbəbi bu olub. Azərbaycanın işğaldan azad olunmuş 20 faiz ərazilərimizdə bizim, şəxsən mənim tərəfimdən 2645 tarixi mədəniyyət abidələri qeydiyyata alınıb. Bunun 1880-i memarlıq abidəsidir, 749 arxeoloji abidə, 65-i monumental heykəltəraşlıq abidələridir. Laçın, Kəlbəcər, Şuşa ərazilərində, Hadrut-Ağdərə rayonu ərazilərində abidələr daha çoxdur”.
Bunu Moderator.az-a açıqlamasında tarixçi Faiq İsmayılov deyib.
O daha sonra əlavə edib ki, tarixi abidələri restavrasiya edərkən diqqətli olmaq lazımdır:
“Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu gün bizim bərpaçılarımız yox dərəcəsindədir.Köhnədən qalan bərpaçılarımızı nəzərə almasaq, ümumilikdə götürəndə Azərbaycanda bərpaçı yetişdirən nə bir kollec, nə bir peşə məktəbi, nə də ali məktəb yoxdur. Bərpa prosesi ilə məşğul olan insanlar hamısı inşaaatçılardır. İnşaatla bərpanın çox böyük, olduqca böyük fərqləri var. İnşaatçı olmaq bərpaçı olmaq demək deyil. Amma bərpaçı inşaatçı ola bilir. Aparılan bərpa işlərində bir çox nöqsanlara yol verilir. Bəzən də belə olur ki, abidələr bilməməzlikdən, səriştəsizlikdən sökülür, dağıdılır. Oradakı bütün ornamental görüntüləri, bütün elementlərin hər birini yerli-yerində, hətta yazılarını belə pozub yenidən yazmaq yox, bərpa etmək lazımdır ki, əlimizdə olan tarixi abidələr olduğu kimi qalsın. Hazırda Şuşada Şirin su hamamı, Kəlbəcərdə isə Gəncəsər monastrında bərpa işləri aparılır” deyə tarixçi bildirib.