Xalq artisti Ramiz Quliyev dəfn olundu - YENİLƏNİB + FOTO
718
13:43, Bu gün

Xalq artisti Ramiz Quliyev dəfn olundu - YENİLƏNİB + FOTO

Xalq artisti, tarzən Ramiz Quliyev dəfn olunub.
 
Moderator.az xəbər verir ki, onun nəşi İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
 
Dəfn mərasimində sənətkarın yaxınları, dostları, sənət adamları iştirak edib.
 
12:49
 
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.
 
Moderator.az xəbər verir ki, Xalq artistinin vida mərasimində mərhumun yaxınları, mədəniyyət və incəsənət xadimləri, eləcə də mədəniyyət naziri Adil Kərimli iştirak edib.
 
Qeyd edək ki, Ramiz Quliyev ll Fəxri Xiyabanda dəfn ediləcək.
 
10:25
 
Beynəlxalq Muğam Mərkəzində tarzən, Xalq artisti Ramiz Quliyev ilə vida mərasimi başlayıb.
 
Moderator.az xəbər verir ki, Xalq artistinin vida mərasimində ailə üzvləri, mədəniyyət xadimləri, millət vəkilləri və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.
 
Qeyd edək ki, Ramiz Quliyev II Fəxri Xiyabanda dəfn olunacaq.
Link kopyalandı!
Son xəbərlər