Bizi sosial şəbəkələrdən izləyin:
Məhşur pambıq ustası, Sosialist əməyi qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin (IX çağırış, XI çağırış), SSRİ Ali Sovetinin (X çağırış) deputatı olmuş Fatma Rza qızı Abdullayeva 86 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.
1939-cu ildə Sabirabad rayonunda anadan olan mərhum rayonun Qaratəpə kəndində dəfn olunacaq.
Qeyd edək ki, o, 2002-ci ildə iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 2017-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.