Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda piyada keçidi tikilir - FOTO
233
14:07, Bu gün

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolunda piyada keçidi tikilir - FOTO

Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsi çərçivəsində, yolun 3-cü kilometrliyində yeni piyada keçidi tikilir.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, keçid iki giriş-çıxışdan ibarət olub, ümumi uzunluğu 54 metr, aşırım hissəsinin eni 4 metr, pilləkənlərin isə eni 2 metr olacaq. Yol səviyyəsindən 5.5 metr hündürlükdə yerləşən keçid üstüaçıq dəmir-beton konstruksiya şəklində inşa edilir.
 
Əlavə olaraq, 2 metr enində oval tipli piyada pandusları da quraşdırılacaq ki, bu da keçidin əlçatanlığını artıracaq.
Link kopyalandı!
Son xəbərlər