İranda hicab bəhanəsi ilə 10-dan çox müəssisə bağlanıb - FOTO
298
15:25, Bu gün

İranda hicab bəhanəsi ilə 10-dan çox müəssisə bağlanıb - FOTO

İranın Borucerd şəhərində məcburi hicab qaydalarının pozulması və qadınlarla kişilərin birgə şənlik mərasimi keçirməsi səbəbindən 11 müəssisənin fəaliyyəti dayandırılıb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı Borucerd Şəhər Polis İdarəsinin rəisi Mehdi Məhdəviyə istinadən məlumat verib.
 
Onun sözlərinə görə, bağlanan kafe və restoranlarda islam qaydalarına zidd hərəkətlər qeydə alınıb.
 
Məhdəvi bildirib ki, həmin müəssisələrin bağlanması ictimai nizam-intizamın yüksəldilməsi layihəsi çərçivəsində həyata keçirilib.

 

Link kopyalandı!
Son xəbərlər